Banco.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İqtisadi fəallığın əsas göstəricilərindən biri olaraq, 2025-ci il ərzində aktiv vergi ödəyicilərinin sayı 6,5% artaraq 860 minə yaxınlaşıb. Bu, 2019-cu illə müqayisədə 73,2% çoxdur.
Banco.az xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.
Onun sözlərinə görə, bu müsbət dinamikalar yalnız inzibati nəzarətin gücləndirilməsi ilə deyil, iqtisadi aktivliyin leqallaşdırılması və vergi ödəyiciləri ilə qarşılıqlı etimadın artması hesabına mümkün olub: "Eyni zamanda, “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində real və ölçülə bilən nəticələr əldə edilib. Bu nəticələr bir daha göstərir ki, sistemli və ardıcıl yanaşma uzunmüddətli effekt yaradır".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.