Mingəçevirdə 45 yaşlı kişini elektrik cərəyanı vurub. Bədbəxt hadisə şəhərin Heydər Hüseynov küçəsində yerləşən yarımstansiyada baş verib.
Xezerxeber.az-ın məlumatına görə, orada iş görən zaman 45 yaşlı Zaur Mahmudovu cərəyan vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Şəkinin Kiçik Dəhnə kəndində də bənzər hadisə olub. 64 yaşlı Ramis Məcidovu yaşadığı evinin yaxınlığında yerləşən transformatorda elektrik cərəyanı vuraraq öldürüb. Onun naqillərdən birinə toxunduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.