Bakı, 5 mart, AZƏRTAC
Qırğızıstanda təmizliyi və dağların qarlı zirvələrini simvolizə edən ağ keçədən hazırlanmış milli kişi baş geyiminin şərəfinə təsis edilmiş “Ak kalpak” günü qeyd olunur.
AZƏRTAC qırğız KİV-lərinə istinadla xəbər verir ki, 2011-ci ildə yaranmış təşəbbüs 2016-cı ildə rəsmi status alıb, 2019-cu ildə isə ak kalpak “Qırğız xalqının kişi baş geyimlərinin hazırlanmasının ənənəvi üsulları və onların geyinilməsi mədəniyyəti” adı ilə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Qanunvericiliyə və ənənələrə görə, kalpaka xüsusi hörmətlə yanaşılır, belə ki, ondan təyinatı üzrə olmayan məqsədlər üçün istifadə etmək, onu yerə atmaq və ya çirkləndirmək qadağandır.
Bu gün bayram mədəni aksiyalar və fleşmoblarla müşayiət olunur, qırğız xalqının özünəməxsusluğunun və mənəvi irsinin qorunmasının vacibliyini xatırladır.