AZ

Avropa İttifaqı rəsmisi İranın Naxçıvana dron hücumunu pisləyib

BAKI,TurkicWorld

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas İranın Azərbaycanın Naxçıvan bölgəsinə hücumlarını pisləyib.

TurkicWorld xəbər verir ki,bu barədə qurumun bəyanatında bildirilib.

"İranın Azərbaycanın Naxçıvan ərazisinə pilotsuz təyyarə hücumları tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindən daha da gərginləşməni təmsil edir və müharibənin Yaxın Şərqdən kənara yayılması riskini artırır. Avropa İttifaqının Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini vurğulamaq üçün Azərbaycan xarici işlər naziri Bayramovla əlaqə saxladım", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Seçilən
4
4
turkic.world

10Mənbələr