AZ

Özbəkistan Prezidenti İranın Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Martın 5-də Özbəkistan RespublikasınınPrezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə zəng edib.

Trend xəbər verirki, danışıq zamanı Şavkat Mirziyoyev İranın pilotsuz uçuşaparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumlarıqətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadəedərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunuvurğulayıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Seçilən
69
3
az.trend.az

4Mənbələr