AZ

Kreml İrana arxa çevirdi? – Peskov müharibə ilə bağlı sərt danışdı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İran ətrafında gedən müharibə ilə bağlı diqqət çəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü İranın Rusiyadan hərbi yardım istəmədiyini və Moskvanın bu müharibəni öz müharibəsi hesab etmədiyini bildirib.

Peskovun sözlərinə görə, Rusiya bu münaqişədə ilk növbədə öz maraqlarını nəzərə alacaq və mümkün olan yerdə fayda əldə etməyə çalışacaq.

“Gedən müharibə bizim müharibəmiz deyil. Biz öz maraqlarımıza uyğun davranmalıyıq. Mümkün olan yerdə özümüz üçün fayda təmin etməliyik – bu nə qədər də sərt səslənsə belə. Biz bu müharibəni dayandıra bilərikmi? Xeyr, dayandıra bilmərik. Onu yalnız başlayan tərəf dayandıra bilər”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Buna baxmayaraq, Peskovun bu açıqlaması Moskvanın Yaxın Şərqdəki münaqişəyə birbaşa qoşulmaq niyyətində olmadığını göstərir və Rusiyanın daha çox öz geosiyasi maraqlarını əsas götürdüyünə işarə edir.

 

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr