AZ

Azərbaycanın güclü rəhbərliyi və qürurlu xalqı ilə həmrəyik - Albaniyanın Baş naziri

Bakı. Trend:

Albaniyanın Baş naziri Edi Rama Azərbaycanın Naxçıvan bölgəsindəmülki infrastruktura qarşı İran tərəfindən həyata keçirilən hücumuqəti şəkildə pisləyib.

Trend-inməlumatına görə, Baş nazir bu barədə “X” hesabında bildirib.

Edi Rama Azərbaycan ərazisinə edilən hücumu, mülkiinfrastrukturun hədəfə almasını və nəticədə insanlarınyaralanmasını İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır vəqəbuledilməz aqressiya aktı adlandırıb.

Paylaşımında Azərbaycanı Albaniya üçün dəyərli dost və müttəfiqhesab edən Baş nazirin sözlərinə görə, müstəqilliyini bərpaetdikdən sonra Azərbaycan inkişafı, rifahı və açıq əməkdaşlıqsiyasəti ilə beynəlxalq arenada böyük hörmət qazanıb.

“Azərbaycan xalqı, eləcə də son günlər əsassız şəkildə hədəfəalınan digər ölkələrin xalqları yalnız hörmətə, təhlükəsizliyə vətəhdidlərdən uzaq həyata layiqdir. Tehrandakı rejimin mülki əhaliniqorxutmaq və regionda sabitliyi pozmaq cəhdləri qətiyyətləpislənməli və bu rejimin beynəlxalq səviyyədə daha da təcridedilməsinə səbəb olmalıdır”, - deyə Edi Rama vurğulayıb.

Baş nazir əlavə edib ki, sabitliyə, beynəlxalq hüquqa və sülhşəraitində birgə yaşayışa inanan dövlətlər bu cür zorakılıq ixracedən rejimdən açıq şəkildə uzaqlaşmalı və onu terrorçu dövlət kimiqiymətləndirməlidirlər.

Edi Rama, həmçinin Albaniyanın Azərbaycanın güclü rəhbərliyi vəqürurlu xalqı ilə həmrəy olduğunu vurğulayıb.

Seçilən
26
9
az.trend.az

10Mənbələr