Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub.
Milli.Az xəbər verir ki, mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.
Cədvələ əsasən 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:
.jpg)
.jpg)
Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:
• sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;
• üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.
Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.
Milli.Az