AZ

Britaniya Qətərə qırıcılar göndərir Starmer

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Britaniya qırıcılarını Qətərə göndərəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında bildirib.

“Biz bu ölkədə və bütün regionda müdafiə əməliyyatlarımızı gücləndirmək məqsədilə Qətərdəki eskadilyamıza qoşulmaq üçün dörd əlavə “Typhoon” qırıcısı göndəririk”, – o deyib.

Həmçinin, onun sözlərinə görə, Britaniya Hərbi Dəniz Qüvvələrinin “HMS Dragon” esminesi Limasol şəhəri yaxınlığındakı Britaniya Hərbi Hava Qüvvələrinin Akrotiri bazasını qorumaq üçün sabah Kiprə yola düşəcək.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
4
icma.az

5Mənbələr