AZAL-ın Naxçıvan istiqamətində reysləri Türkiyənin Iğdır şəhəri vasitəsilə həyata keçiriləcək.
Sərnişinlər Iğdır şəhərinə çatdırıldıqdan sonra avtobuslarla Naxçıvana gətiriləcəklər.
Bu barədə Baku TV-nin müxbiri məlumat verib.
Həmçinin qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanının ətrafında xüsusi təhlükəsizlik tədbirləri gücləndirilib. Ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də hüquq-mühafizə orqanlarının fəaliyyəti davam edir.