“Azərbaycan Hava Yolları” QSC (AZAL) Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil edib.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
KONKRET.az xəbər verir ki, qeyd olunub ki, mövcud vəziyyət nəzərə alınaraq Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.
Cədvələ əsasən, 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:
| Reys | Bakıdan qalxma | İğdıra enmə | Avtobusun İğdırdan yola düşməsi | Avtobusun Naxçıvandan yola düşməsi | İğdırdan qalxma | enmə |
| J2 2251 / 2252 | 16:30 | 17:30 | 18:30 | 14:00 | 18:30 | 21:30 |
| J2 2253 / 2254 | 17:30 | 18:30 | 19:30 | 15:00 | 19:30 | 22:30 |
| J2 2255 / 2256 | 18:30 | 19:30 | 20:30 | 16:00 | 20:30 | 23:30 |
| J2 2257 / 2258 | 19:30 | 20:30 | 21:30 | 17:00 | 21:30 | 00:30 (+1 gün) |