Telefondan tamamilə, hətta bir günlük belə imtina etmək ciddi narahatlığa səbəb ola bilər.
Azreform.info xəbər verir ki, bunu klinik psixoloq Liliya Qladkix RİA Novosti-yə bildirib.
Mütəxəssisin sözlərinə görə, müasir insanlar üçün telefon uşaqlar, valideynlər və iş üzərində tam nəzarət üçün bir vasitədir, buna görə də əlaqənin itirilməsi psixi baxımdan təhlükəsizliyin itirilməsi hissi kimi qəbul edilir.
Qladkix qeyd edib ki, telefonu kənara qoymaq, xüsusilə də yaxınlarınızla ünsiyyət qurarkən faydalıdır. O, cihazsız günü işgəncəyə çevirməməyi, amma ailə ilə şam yeməyi, gəzinti və ya uşaqla söhbət zamanı telefonu kənara qoymaqla kiçik bir başlanğıc etməyi məsləhət görüb.
Elvin
Azreform.info