AZ

Dünyanı sülhə çağıran Sistani Azərbaycana dair mövqe bildirmədi

Dünyanın aparıcı şiə ruhanilərindən biri olan Əli Sistani Azərbaycana qarşı İran tərəfindən həyata keçirilən dron hücumu ilə bağlı açıqlama vermək istəməyib.

Xarici mənbələrə istinadən yayılan məlumatlara görə, bölgədə artan gərginlik fonunda Sistaninin mövqeyi maraq doğursa da, onun Nəcəfdə yerləşən ofisi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Bildirilir ki, dini lider siyasi və hərbi xarakterli qarşıdurmalara birbaşa münasibət bildirməmək prinsipinə sadiq qalır.

Xatırladaq ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı da Sistani tərəfindən rəsmi açıqlama verilməmişdi. Hazırda da eyni mövqe davam etdirilir.

Hazırda nə Sistaninin Nəcəf şəhərindəki ofisindən, nə də rəsmi dini nümayəndələrindən məsələ ilə bağlı əlavə açıqlama yayılıb.

Nərmin
NOCOMMENT.az

Seçilən
131
nocomment.az

1Mənbələr