AZ

​”İranın cavabı veriləcək” İsa Qəmbər KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Azərbaycan müstəqil olduğu gündən İran bizə qarşı mövqe tutub. İran ölkəmizin müstəqilliyini həzm edə bilmir. İran Azərbaycanın onun iradəsi ilə hərəkət etməyini istəyir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Media Türk TV”yə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. Siyasətçi rəsmi Tehranın bu arzusunun heç vaxt həyata keçməyəcəyini bildirib: “Azərbaycanın potensialı imkan vermir ki, kiminsə sözü ilə oturub-dursun. İranın cavabı həmişə verilib, bundan sonra da veriləcək”.

İsa Qəmbər deyib ki, İranın qonşu dövlətləri hədəfə götürməkdə əsas məqsədi müharibəni daha geniş coğrafiyaya yaymaqdır: “İran yaxın Şərqi qana boyamaq istəyir. Azərbaycanın hədəfə götürülməsi də bu siyasətin tərkib hissəsidir. Bölgədə gərginlik artan xətt üzrə inkişaf edir. Azərbaycan hakimiyyəti bütün variantlara hazır olmalıdır”.(mənbə: metbuat.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
5
konkret.az

10Mənbələr