AZ

Diddinin həbs müddəti uzadıldı

Həbsdə olana məşhur reper və prodüser Şon Kombs (P. Diddi) daha tez azadlığa çıxacaq.

"Unikal" xəbər verir ki, "Entertainment Weekly"nin məlumatına görə, cinsi istismar və insan alveri ittihamları ilə məhkum edilmiş musiqiçinin azad olma tarixi 25 aprel 2028-ci il olaraq dəyişdirilib. Əvvəlcə onun azadlıq tarixi 4 iyun 2028-ci il göstərilirdi. Tarixin niyə dəyişdirildiyi açıqlanmır.

Qeyd edək ki, 2025-ci ildə də azad olma tarixi dəyişdirilmişdi, lakin o zaman daha gec tarix təyin edilmişdi.

2025-ci ilin iyul ayında Şon Kombs (P Diddy) narkotik təsiri altında şəxslərlə cinsi məqsədli əlaqələr üçün insanları ştatlararası sərhədlərdən keçirərkən törətdiyi qanunsuz hərəkətlərə görə təqsirli bilinmişdi. O, 4 il 2 ay həbs cəzasına məhkum edilmişdi.

Seçilən
45
unikal.az

1Mənbələr