AZ

Flikin “Barselona”dakı gələcəyi Laportadan asılıdır

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Flikin “Barselona”dakı gələcəyi Laportadan asılıdır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubdan ayrıla bilər.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında məlumat yayıb. 

Bildirilir ki, əgər Joan Laporta yenidən klubun prezidenti seçilməsə, almaniyalı mütəxəssisin “Barselona”dakı gələcəyi sual altına düşəcək.

Məlumata görə, Flik “Barselona” ilə müqaviləsini uzatmaqda maraqlıdır. O, şəhəri, klubu və azarkeşləri sevir. Bununla belə, baş məşqçi gələcəyini Laportanın “Barselona”dakı mövqeyi ilə əlaqələndirir və komandanın strategiyasını onunla birlikdə formalaşdırmaq istəyir.

Əgər Laporta martın 15-də keçiriləcək seçkilərdə “Barselona”nın prezidenti vəzifəsinə yenidən seçilməsə, Flikin klubdan ayrılması ya yayda, ya da 2027-ci ildə müqaviləsinin müddəti başa çatdıqdan sonra gerçəkləşə bilər.

Qeyd edək ki, Flik 2024-cü ildən “Barselona”nın baş məşqçisidir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
85
2
qol.az

3Mənbələr