AZ

Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başladı

"Bakı Metropoliteni" QSC-nin həyata keçiridiyi növbəti kursu müvəffəqiyyətlə bitirmiş maşinistlər peşə fəaliyyətinə başlayıblar.

Aznews.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hazırda qatar maşinisti peşəsi üzrə təcrübə proqramına qeydiyyat və yeni kurslar davam etdirilir.

Bildirilib ki, tamamlanan 6 aylıq kursun nəticələrinə əsasən, 6 gənc Bakı metrosunun Təlim-tədris mərkəzində keçirilən nəzəri və praktiki məşğələləri uğurla başa vuraraq qatar maşinisti peşəsinə yiyələnib. Martın 6-da keçirilən tədbirdə gənc maşinistlərə vəsiqələri təqdim olunub.

Yeni maşinistlərdən biri isə qadındır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Səriyyə Vəlizadə 2015-2019-cu illərdə Ekologiya ixtisası üzrə bakalavr təhsili alıb.

Qeyd edilib ki, qatar maşinisti kursları 2018-ci ildən innovativ seçim qaydaları əsasında təşkil olunur. Qeydiyyatdan keçən və ilkin tələbləri ödəyən namizədlər əvvəlcə ənənəvi qaydada nəzəri biliklərə yiyələnir, sonra metropolitenin əsas sahələri ilə əyani tanış olurlar. Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilir. Bu mərhələdə müdavimlərə 9 fənn üzrə 464 saat məşğələ keçirilir.

Seçilən
47
5
aznews.az

6Mənbələr