Qara dənizdə 4 bal gücündə zəlzələ qeydə alınıb.
Far.Az Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yeraltı təkanlar bu gün saat 07:29-da baş verib. Zəlzələnin episentri Qara dənizdə yerləşib.
Məlumata əsasən, zəlzələ ən yaxın yaşayış məntəqəsindən təxminən 264,88 kilometr məsafədə qeydə alınıb. Yeraltı təkanların ocağı isə 9,22 kilometr dərinlikdə yerləşib.