AZ

İranda yeni TƏHLÜKƏ- Vətəndaş müharibəsi BAŞLAYACAQ

Məsələ ilə bağlı politoloq Samir Hümbətov Ajans.az-a açıqlama verib.  O bildirib ki, Kürdlərin adı hər zaman İran məsələlərində çox hallanır. Faktiki olaraq, onlar “maşa” rolunu oynayır. Kürd tayfalarının özlərinə aid əraziləri yoxdur.  Tarix boyu kürdlər digər dövlətlər tərəfindən mübarizələrdə istifadə olunub.  Ekspert deyib ki, İsrailin İran üzərində savaşı digər xalqların da İrana etirazını gücləndirəcəkdi. Lakin bu mübarizə İranda digər azsaylı xalqlara çox təsir etməz. Onlar nizami orduya sahib olsalar da, İran dövləti tərəfindən qarşısı alınacaq.  Müharibənin nə zaman bitəcəyi isə hələ məlum deyil. Baş verən proseslər onu göstərir ki, hələ uzun müddət davam edə bilər. 

Samir Hümbətov söyləyib ki, əgər İran-İsrail müharibəsi zəifləyərsə, bu İranın daxilindəki qeyri-fars qruplaşmalar ilə mübarizəsini daha da artıracaq. Amma İsrail daxildəki  xalqlara dəstək göstərərsə, bu İranda dəhşətli “Vətəndaş müharibə”sinin əsasını qoyacaq.

Seçilən
113
Ajans.az

1Mənbələr