AZ

Ağdamda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbir keçirildi - FOTO

Ağdam rayonun Xındırıstan kəndində yerləşən “Gold Mətin” sarayda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbir keçirilib. 

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov Azərbaycan qadınlarının Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamalarından, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artmasından bəhs edərək tədbirdə iştirak edən qadınları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, hər birinə cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayıb.

Tədbirin gedişində Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.

Sonda tədbirdə iştirak edən qadınlara bayram hədiyyələri təqdim edilib.



Seçilən
57
3
herbiand.az

4Mənbələr