AZ

Göyçayda itkin şəxsin axtarışına xilasedicilər də cəlb olundu

Yazını böyüt
Yazını kiçilt

Göyçayda kanalda batdığı ehtimal edilən şəxsin axtarışları davam edir.

Hafta.az xəbər verir ki, Göyçay rayon sakini, 31 yaşlı Ramil Abdullayev evdən çıxaraq geri qayıtmayıb. Yaxınları onun evə dönməməsindən narahat olaraq Göyçay Rayon Polis Şöbəsinə müraciət ediblər.

Axtarışlar zamanı itkin düşən şəxsə məxsus bəzi üst geyimləri rayon ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarında aşkar edilib. Bu səbəbdən onun kanala düşməsi və ya yıxılması ehtimalı nəzərə alınaraq əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu cəlb olunub. Dalğıclar 1995-ci il təvəllüdlü Ramil Abdullayevin kanalda axtarışlarını aparırlar.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, itkin düşən şəxsin tapılması istiqamətində tədbirlər görülür.

Seçilən
109
2
hafta.az

3Mənbələr