AZ

Türkiyə İrana görə valyuta ehtiyatlarının 15% ni xərcləyib

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə İran müharibəsi səbəbindən yaranan maliyyə dalğasına qarşı tədbir görüb. Lirəni qorumaq üçün 12 milyard dollar xərclənib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə bir həftə ərzində 12 milyard dollar (təxminən valyuta ehtiyatlarının 15%-i) xərcləyərək lirənın sabitliyini qorumağa çalışıb.

Bu, İranda müharibədən yaranan qlobal valyuta dalğalanmaları fonunda baş verib.

Türkiyə mərkəzi Bank likvidliyi sərtləşdirib, banklar dollar satışı aparıb. Bu, lirənin digər inkişaf etməkdə olan valyutalardan fərqli olaraq nisbətən sabit qalmasına imkan verib.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının ehtiyatları 78,4 milyard dollar təşkil edir. Qızıllarla birlikdə bu məbləğ təxminən 200 milyard dollardır.

Analitikləri hesab edirlər ki, hazırki maliyyə vəziyyəti  valyutanın dəstəklənməsi əməliyyatlarını davam etdirmək üçün kifayətdir. Lakin uzunmüddətli geosiyasi sarsıntılar türk lirəsi və dövlət istiqrazları üçün riskləri artıra bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
modern.az

1Mənbələr