ABŞ və Venesuelanın müvəqqəti hakimiyyəti diplomatik və konsulluq münasibətlərini bərpa etmək barədə razılığa gəliblər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, bu addım Venesuelada sabitliyin təşviqi, iqtisadi dirçəlişin dəstəklənməsi və siyasi barışığın irəliləməsi üçün birgə səyləri asanlaşdıracaq:
“Bizim fəaliyyətimiz Venesuela xalqının demokratik yolla seçilmiş hökumətə dinc keçid üçün şərait yaradan mərhələli bir prosesdən keçməsinə kömək etməyə yönəlib. Amerika Birləşmiş Ştatları Venesuela xalqını dəstəkləməyə və sabitlik və rifahı təşviq etmək üçün regiondakı tərəfdaşlarla işləməyə sadiqdir”.
Aytac Əliyeva
Telegram kanalımız