AZ

Böhran şiddətlənir: 7 ölkədə pul yığılır

Yaxın Şərqdə yayılan müharibə səbəbindən hava məkanının bağlanması minlərlə turisti çətin vəziyyətdə qoyub. 

Uçuşların tamamilə dayandırılması səbəbindən evlərinə qayıda bilməyən sərnişinlər yaşayış xərclərini ödəmək üçün ianə toplama kampaniyalarına başlayıblar.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İsrailin hücumlarından sonra İran, İraq, BƏƏ, Qətər, Suriya, Küveyt və Bəhreyn hava məkanlarını mülki uçuşlar üçün bağlayıb. Aviasiya məlumatlarına görə, 28 fevraldan etibarən regionda on minlərlə uçuş ləğv edilib.

Artıq otel xərclərini ödəyə bilməyən turistlər təxliyə olunmaq və gündəlik yaşayış xərclərini qarşılamaq üçün onlayn platformalarda kömək axtarmağa başlayıblar. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdə turistlər üçün başladılan kampaniyalarda 15 min dollara qədər vəsait toplamaq hədəfi qoyulub.

ABŞ Dövlət Departamenti əvvəlcə bölgədəki vətəndaşlarını öz imkanlarından istifadə edərək ölkəni tərk etməyə çağırsa da, vəziyyətin pisləşməsi fonunda xüsusi təxliyə uçuşlarının təşkil ediləcəyini açıqlayıb. 

Dünyanın ən işlək hava nəqliyyatı mərkəzlərindən biri sayılan Dubay Hava Limanında isə qeyri-müəyyənlik və təhlükəsizlik riskləri səbəbindən əməliyyatlar məhdud səviyyədə davam etdirilir.

Seçilən
72
1
cebheinfo.az

2Mənbələr