AZ

“Azeri Light” bahalaşıb

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Azərbaycan nefti 7 faizədək bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb. AYNA.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,7 dollar azalaraq 84,71 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,02 dollar azalaraq 79,99 dollar təşkil edib.

Azərbaycan nefti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,61 dollar və ya 6,8 faiz artaraq 87,9 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
133
ayna.az

1Mənbələr