Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Övladım bir ayn eyni cizgi filminə baxdıqdan sonra danışığını, bildiyi hər şeyi unutmuşdu".
Ölkə.Az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva deyib. O, azyaşlı övladı olan valideynlərə səslənib:
“Mənim balam sağlam uşaqdır. Bir ay ərzində mütəmadi olaraq eyni cizgi filminə baxdı. Birdən-birə uşaq söndü, bildiyi hər şeyi unutdu. Göz kontaktı itmişdi, o dərəcədə. Hətta autizm spektri şübhəsi var idi. Mən öldüm dirildim. Çox şükür, heç nə çıxmadı.
Bu, validynlərə siqnaldır. Xahiş edirəm, uşaqlarınız diqqətlə baxın. Əgər uşaq etdiyini unudubsa, danışdığı sözlər belə yadından çıxıbsa, güvəndiyiniz həkimin yanına gedin”.
Aktrisa oğlu Amini buna görə defektoloq, loqoped yanına apardığını, övladını cizgi filmindən uzaqlaşdırdığını, artıq hər şeyin qaydasında olduğunu söyləyib.
Qeyd edək ki, aktrisa Ülviyyə Əliyeva 2024-cü ildə ana olub.
Billurə Yunus
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.