Gecə təxminən 7 saat 18 dəqiqə yatmaq insulin müqavimətinin riskini azaltmaq üçün ən optimal müddət ola bilər. Bu vəziyyət tip 2 diabetin əvvəlcəsi hesab olunur.
"Cebheinfo.az" xəbər verir ki, araşdırma ABŞ-nin 2009–2023 illərdə aparılan Milli Sağlamlıq və Qidalanma Sorğusu (NHANES) iştirakçılarının 23 475 yetkinin məlumatlarına əsaslanır. Nəticələr göstərib ki, az yatan insanlar üçün yuxu müddətinin artırılması faydalıdır, amma artıq yatmaq xüsusilə 40–59 yaşlılar və qadınlarda, metabolik göstəriciləri pisləşdirə bilər.
Həftə sonları "artıq yatmaq" təsirini daha çox hiss etdirir. Belə ki, az yatanlar üçün əlavə 1–2 saat yatmaq faydalı olsa da, kifayət qədər yatanlar üçün iki saatdan artıq əlavə yatmaq göstəriciləri pisləşdirir.