Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, yoxlama zamanı marketdə müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb.
İçkilərin orijinaldan fərqli doldurulduğu, başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixlərinin qeyd edilmədiyi, köhnə etiketin üzərindən yeni etiketin vurulduğu müəyyən olunub.
Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, məhsullar satışdan kənarlaşdırılıb.
Araşdırmalar davam etdirilir.