AZ

Sumqayıtda ər özündən 18 yaş balaca arvadını öldürdü

Sumqayıtda qətl hadisəsi baş verib.

Missiya.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaqla xəsarətlər yetirib.

Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.

İsmayıl Ramazanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
64
6
missiya.az

7Mənbələr