AZ

Göyərti BAHALAŞDI FOTO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Digər tərəvəzlər kimi göyərtinin də qiyməti artıb. Özü də 50 faiz...Əgər ötən həftə göyərtinin bir dəsti 15-20 qəpiyə satılırdısa, bu gün 30-35 qəpiyə təklif olunur.Maraqlıdır ki, supermarketlər son günlər göyərtini dəst yox, kiloqramla satır. Bu da təəccüb doğuran faktordur.Məsələ münasibət bildirən iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya deyib ki, göyərtinin qiymətinin qalxmasında təəccüblü heç nə yoxdur:“Son zamanlar bütün ərzaqlar bahalaşıb. Ən əsası dizel yanacağının qiyməti yüksəlib. Ona görə də göyərtinin qiymətinin qalxması labüddür. Unutmayaq ki, bu spiralvari bir prosesdir. Yəni bir sahədə qiymət artırsa o zaman, digər sahənin istehsalçıları da qiymət artımına getmək məcburiyyətindədirlər. Burada söhbət təkcə məhsulun maya dəyərindən getmir. Ümumi sosial-iqtisadi proseslər bunu tələb edir.  Bu xoşagəlməz tendensiyanın qarşısı alınmalıdır. Məhsul bolluğu yaratmaq istəyən istehsalçılara dəstək artırılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
3
bizim.media

4Mənbələr