AZ

Dibala vətəninə qayıdır - Danışıqlar başladı

"Roma"nın argentinalı hücumçusu Paulo Dibala karyerasını vətənində davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər  verir ki. informasiyanı tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabı ("X") üzərindən yayıb.

Mənbənin məlumatına görə, 32 yaşlı ulduz futbolçu "Boka Xuniors"a keçə bilər. Futbolçunun yay transfer pəncərəsində azad agent kimi transferi ilə bağlı onun nümayəndələri ilə danışıqlara başlanılıb.

Bu mövsüm Paulo Dibala İtaliya klubunda bütün yarışlarda 22 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
108
1
fanat.az

2Mənbələr