AZ

Körfəz ölkələri xarici investisiya şərtlərini yenidən nəzərdən keçirə bilər » AzadMedia.az

Körfəz



Fars körfəzi ölkələri ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda yaranan maliyyə problemlərinə görə xarici investisiya şərtlərini yenidən nəzərdən keçirməyi müzakirə edir. Bu barədə Financial Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, region ölkələri gələcək maliyyə öhdəliklərinin dəyişdirilməsi imkanlarını qiymətləndirməyə başlayıblar.

Məlumata əsasən, Körfəzin dörd ən böyük iqtisadiyyatından üçü – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər – bu məsələni birgə müzakirə ediblər.

Mümkün addımlar xarici dövlətlər və şirkətlər qarşısında götürülmüş maliyyə öhdəliklərinə, iri idman tədbirlərinin sponsorluq müqavilələrinə, həmçinin müəssisələr və investorlarla bağlanmış kontraktlara təsir göstərə bilər.

Bildirilir ki, Körfəz ölkələri mövcud sazişlərdə nəzərdə tutulan fors-major maddələrinin tətbiq olunması imkanlarını da qiymətləndirməyi planlaşdırır.

Seçilən
103
1
azadmedia.az

2Mənbələr