AZ

Ermənistan: Azərbaycanla razılaşmalar üçün risk yoxdur

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Hazırda Yaxın Şərqdə baş verən eskalasiya fonunda Ermənistan ilə Azərbaycan arasında əldə olunan razılaşmalar, eləcə də ABŞ ilə razılaşma ilə bağlı hər hansı risk yoxdur".

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib. 

O xatırladıb ki, dünən keçirilən Təhlükəsizlik Şurasının iclasında bütün mümkün risklər müzakirə olunub:

“Biz vəziyyəti həm ümumilikdə, həm də ölkənin sərhədlərində izləyirik və müvafiq qurumlara lazımi tapşırıqlar veririk. Təhlükəsizlik Şurasının növbəti iclasından sonra əlavə məlumatın açıqlanması gözlənilir”, - deyə Ovannisyan qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
modern.az

1Mənbələr