AZ

Ömər aşırımı ağ örpəyə büründü, avtomobillər yolda qaldı – VİDEO

Bu gün Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin Ömər aşırımı adlanan ərazisi ağ örpəyə bürünüb.

NOCOMMENT.az xəbər verir ki, gecədən başlayaraq yağan qar Ömər aşırımında yolun bağlanmasına səbəb olub. Bu səbəbdən avtomobillər yollarda qalıb. Texnika ərazidə işləyir. Yollarda qalan avtomobillər texnikanın yolu təmizləyib açmasını gözləyirlər.

Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdə yerləşir.

Ərazidə bu gün çəkilən videonu təqdim edirik:

Sara

NOCOMMENT.az 

Seçilən
100
nocomment.az

1Mənbələr