ain.az bildirir, Fanat portalına istinadən.
1-ci Liqanın 17-ci turunda son 4 oyunda qələbə qazanan "Şahdağ Qusar"ı qəbul edən "Şəfa" 2:1 hesablı qələbə qazanaraq liderliyini möhkəmlətdi. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.
34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Öncə hər iki klubun azarkeşlərinə təşəkkür edirəm. Stadionda əla ab-hava yaratmışdılar, oyuna əlavə rəng qatdılar. Rəqib komanda da layiqli mubarizə apardı. "Şahdağ Qusar"la görüşlər həmişə maraqlı alınır. Onlara növbəti oyunlarda uğurlar arzu edirəm.
Oyuna gəlincə, ilk hissədə rəqibin qapısı qarşısında istədiyimiz kimi effektli ola bilmədik. Lakin ikinci hissədə futbolçularımız daha inamli və aqressiv oyun numayiş etdirdilər. Yaxşı oyunla vacib qələbə qazandıq. Şadam ki, təqibçilərimizlə xal fərqimizi artırmağa nail olduq. Futbolçularımıza təşəkkur edirəm".
Qeyd edək ki, turnir cədvəlinin zirvəsində qərarlaşan "Şəfa"nın 39 xalı var. Onu 33 xalla "Baku Sportinq" təqib edir.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.