AZ

“Tottenhem” daha bir tarixi antirekorda imza atdı – ARENA.AZ

2025/26 mövsümündə uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Tottenhem” İngiltərə Premyer Liqasında antirekorda imza atıb.

Arena.az xəbər verir ki, komanda tarixində ilk dəfə ardıcıl 11 oyunda qələbə qazana bilməyib.

London təmsilçisi çempionatdakı məğlubiyyət seriyasını da 5 matça çatdırıb. İqor Tudorun yetirmələri son olaraq 29-cu turda doğma meydanda “Kristal Pelas”a 1:3 hesabı ilə uduzublar.

Komanda sonuncu qələbəsini 2025-ci il dekabrın 28-də məhz “Kristal Pelas” üzərində (1:0) qazanmışdı. Həmin vaxtdan bəri keçirilən görüşlərin dördündə heç-heçə qeydə alınıb, yeddi matçda isə komanda meydanı məğlub tərk edib.

Yeri gəlmişkən, “Tottenhem” Premyer Liqanı tərk edəcəyi təqdirdə təxminən 261 milyon funt sterlinq gəlirdən məhrum ola bilər. Belə bir iddia ilə “BBC Sport” nəşri çıxış edib. London təmsilçisinin çempionatın 2025/2026-cı illər mövsümünün yekununda Çempionşipə düşməsi maliyyə itkiləri ilə nəticələnəcək.

Hazırda 29 xalla 16-cı pillədə qərarlaşmş komanda düşmə zonasından cəmi 1 xallıq məsafədədir. Mənbənin məlumatına görə, klubun ümumi gəlirləri televiziya hüquqları, sponsorluq müqavilələri və bilet satışından gələn vəsaitlərin azalması hesabına aşağı düşəcək. Hazırda Avropada ən baha bilet satışı (orta hesabla bir oyun üçün 76 funt sterlinq) həyata keçirən klublardan biri olan “Tottenhem” Çempionşipdə qiymətləri əhəmiyyətli dərəcədə endirməl məcburiyyətində qalacaq.

Həmçinin “Nike” və “AIA” ilə imzalanmış və illik təxminən 70 milyon funt sterlinq gəlir gətirən sponsorluq müqavilələrində elitanı tərk etmə halında ödənişlərin azaldılması barədə bəndlər yer alır.

Xatırladaq ki, martın 5-də “Kristal Pelas”a doğma meydanda 1:3 hesabı ilə uduzmuş “mahmızlar” ardıcıl beşinci məğlubiyyətlə üzləşiblər. Komandanın qələbəsizlik seriyası 11 oyuna çatıb ki, bu da 1935-ci ildən bəri qeydə alınmış antirekorddur.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
53
11
arena.az

10Mənbələr