AZ

İnsanlar sosial mediada niyə təhqirə və aqressiv hərəkətlərə yol verirlər? – İLGİNC SƏBƏBLƏR

“Mədəniyyət səviyyəsi yüksək olan insanlar nə real həyatda, nə də sosial mediada aqressiv və təhqiramiz davranışlar göstərməyə meyilli deyillər”.

Bu sözləri KONKRET.az-a açıqlamasında yazıçı-psixoloq Elbrus Kəlbiyev deyib.

Detektiv

Mövzu ilə bağlı sorğumuzu cavablayan psixoloq bildirib:

“İnsan ola bilməyənlər bu işlə məşğuldurlar. Və təəssüf ki, bu gün cəmiyyətin böyük bir hissəsi yüksək mədəni davranış qabiliyyətinə malik deyil. Ali insani davranış qaydaları nə ailədə öyrədilir, nə də məktəbdə. Cəmiyyət üçün yüksək tribuna sayılan televiziya kanallarından da illərdir xalqın üzərinə çirkab axıdılır. Hər gün gözünü açıb televiziyada cəmiyyətin tör-töküntüsünü, ora çıxarılan küçə adamlarının, heç bir savadı olmayan, ömründə bir kitabın bir səhifəsini oxumayan, vurma cədvəlini bilməyən müğənni tayfasının, meyxanaçıların saç yoldusunu, bir-birilərini təhqir etdiklərini görən gəncin davranışları başqa necə ola bilərdi?”

Elbrus Kəlbiyevin sözlərinə görə, çox şükür, bunu nəhayət gördülər və qarşısını almaq üçün bəzi tədbirlər həyata keçirilir. Cəmiyyət bir orqanizmdir. Bu orqanizm də, insanın vücudu kimi ya sağlam olacaq, ya da xəstə. Sağlam olması üçün önləyici tədbirlər görülməsə, yüngül xəstəliklərini vaxtında müalicə etməsən cəmiyyətin mənəvi dünyası hər gün daha çox çirkaba bulanar və hər tərəfdə bu çirkab görünər. Necə ki, indi bizdə bu, belədir.

“Mənəvi dünyası kor olan, insani dəyərlərə malik adamlar sosial mediada aqressivdir, sükan arxasında əxlaqsızdır, piştaxta arxasında hiyləgərdir, qonşuluqda ləyaqətsizdir, valideyn kimi pis nümunədir, özü kimi birini yetişdirəndir və sair…”, – deyə psixoloq sərt cavab verib.

“İnsan bir gündə onlarla vəzifə yerinə yetirir və onun içi çürükdürsə, olduğu hər tərəfdə bu mənfilərini nümayiş etdirərək həm də təbliğ etmiş olur. Əlbəttə, insanın öz fikrinin olması, hər hansı bir hadisəyə münasibət bildirməsi yaxşı haldır. Ölü cəmiyyətdə heç bir inkişaf olmaz. Lakin hər hansı bir fikri doğru tərzdə ifadə etmək lazımdır. Bunun üçün isə insanda səbir, özünə, ətrafa hörmət kimi dəyərlər və həm də söz ehtiyyatı olmalıdır, — deyə E. Kəlbiyev sonda qeyd edib.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
101
1
konkret.az

2Mənbələr