ain.az, 525.az saytına istinadən bildirir.
"Azərbaycan hər zaman İranla münasibətlərin qorunmasına xüsusi önəm verib. Ölkəmiz eyni zamanda həmişə qonşuluq və dostluq prinsiplərinə sadiq qalıb. İran tərəfinin Azərbaycan ərazisinə, Naxçıvana dron zərbəsi endirməsi bu ölkənin nankorluğunun, riyakarlığının göstəricisi və mülki əhaliyə qarşı terror aktıdır".
Bu sözləri 525.az-a millət vəkili Ceyhun Məmmədov söyləyib.
O qeyd edib ki, hazırda İran dünyadan tam təcrid olunmuş bir vəziyyətdədir. Bütün bunlara rəğmən Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyinə gedərək bu ölkənin Ali dini rəhbərinin ölümü ilə bağlı özünün başsağlını verib. Bu ölkəmizin mövqeyinin açıq ifadəsi idi. Buna baxmayaraq İran humanizm prinsiplərinə belə məhlə qoymayaraq Azərbaycana qarşı hər hərbi təxribat törətdi:
“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı istifadə edilməyib və ölkəmiz buna imkan verməyib. İran tərəfinə də dəfələrlə bildirilib ki, bundan sonra da Azərbaycana ərazisindən ona qarşı hər hansı bir addımın atılması üçün imkan verilməyəcək”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.