AZ

Venesuela ABŞ ilə diplomatik əlaqələri bərpa etdi

Venesuela hakimiyyəti ABŞ ilə diplomatik münasibətlərin bərpa olunduğunu elan edib.

"Yeni Sabah" EFE-yə istinadla xəbər verir ki, xarici işlər naziri İvan Gil bildirib:

"Bolivar hökuməti iki ölkə arasında qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan ABŞ ilə konstruktiv dialoqu yeni səviyyəyə qaldırmaq öhdəliyini bir daha təsdiqləyir".

Nazir bu prosesin daha böyük qarşılıqlı anlaşmaya və qarşılıqlı fayda üçün imkanlara töhfə verəcəyi fikrini ifadə edib.

ABŞ Dövlət Departamenti əvvəllər iki ölkənin diplomatik münasibətləri bərpa etmək niyyətini açıqlamışdı.

2019-cu ildə Venesuela, o vaxtkı ABŞ administrasiyası Xuan Quaydonu Venesuela prezident seçkilərinin qalibi kimi tanıdıqdan sonra ABŞ ilə diplomatik münasibətləri kəsmişdi.


Telegram kanalımız
Seçilən
61
yenisabah.az

1Mənbələr