AZ

İspaniyadan Türkiyəyə düşən raketlə bağlı şok açıqlama: Məlumatı biz verdik

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"İrandan atılan və Türkiyə hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı məlumatı biz NATO bazasına verdik"

Mia.az xarici mətbata istinadla xəbər verir ki, bu şok məlumatı İspaniyanın müdafiə naziri Marqarita Robles "Cadena SER" Radiosuna müsahibəsində deyib.

Nazir Türkiyənin İncirlik bazasında İspaniyaya məxsus hava müdafiə sistemi olduğunu açıqlayıb. Lakin bildrib ki, məlum raketi onlara məxsus sistem vurmayıb:

 "NATO-nun Türkiyədəki müdafiə sistemləri Şərqi Aralıq dənizi üzərində İran raketini zərərsizləşdirib. Bilirsiniz ki, Adanadakı İncirlik Hava Bazasında NATO çətiri altında İspaniya tərəfindən yerləşdirilmiş "Patriot" hava hücumundan müdafiə batareyası var. Lakin Türkiyədəki İspan batareyası İrandan gələn ballistik raketi vurmayıb. Biz sadəcə onun vurulması üçün lazımi məlumatları verdik".

Samir Musayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
119
mia.az

1Mənbələr