AZ

Dövlət Departamenti: Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülhdən faydalana bilər

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Prezident Trampın Ermənistan və Azərbaycan arasında vasitəçilik etdiyi sülh razılaşması bütün Cənubi Qafqaz üçün transformativ bir fürsət təqdim edir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən "İmedi" telekanalına bildirilib.

Qeyd olunub ki, Gürcüstan bu razılaşmanın mümkün etdiyi sabitlik və rifaha həm töhfə verə, həm də ondan böyük fayda əldə edə bilər.

Dövlət Departamenti ABŞ-ın Gürcüstanla konstruktiv münasibətlər qurmağı səbirsizliklə gözlədiyi vurğulanıb:

"Biz ikitərəfli münasibətlərimizə və Gürcüstandakı siyasi mühitə təsir edən məsələlərlə bağlı Gürcüstan hökuməti ilə əlaqə saxlamağa davam edəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
95
4
apa.az

5Mənbələr