AZ

Daha 5 istiqamət üzrə müsabiqələrin qalibləri

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Sumqayıt-Ağdam, Gəncə-Masallı, Gəncə-Gədəbəy, Gədəbəy-Gəncə və Qazax-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Hafta.az-a Agentlikdən bildirilib.

Sumqayıt-Ağdam marşrutu üzrə fiziki şəxs Məmmədov Böyükağa Sədi oğlu;

Gəncə-Masallı marşrutu üzrə hüquqi şəxs "MİN. AVTOTRANS" MMC;

Gəncə-Gədəbəy marşrutu üzrə fiziki şəxs Məmmədov Cavanşir Məhəmməd oğlu;

Gədəbəy-Gəncə marşrutları üzrə fiziki şəxslər Alıyev Sabit Zahid oğlu və Məmmədov Cavanşir Məhəmməd oğlu;

Qazax-Gəncə marşrutu üzrə fiziki şəxs Cəfərov Samir Vaqif oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Seçilən
87
8
hafta.az

9Mənbələr