Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Vinisius Juniorun “Real”da sonuncu mövsümünü keçirdiyi haqda iddialar davam edir."Football-plus.az" xəbər verir ki, “Real”ın hücumçusu bir müddətdi “Əl-İttihad”ın transfer hədəfindədi. Səudiyyə Ərəbistanı klubunun idman direktoru Ramon Planes braziliyalı oyunçunun mümkün transferindən danışıb. O, “bəli, Vinisiusun Səudiyyə Ərəbistanına gələcəyini asanlıqla təsəvvür edə bilirəm” deyib.Maraqlıdı ki, “Real”ın azarkeşlərinin də böyük əksəriyyəti Vinisiusun klubdan ayrılmasının ən doğru qərar olacağını düşünür. Sorğuda iştirak edən fanatların 86 faizi braziliyalı hücumçunun “Real”dakı mövqeyinin artıq ciddi şəkildə zədələndiyini və onun satılmasının məqsədəuyğun olduğunu bildirib.Qeyd edək ki, Juniorun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.