AZ

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Yazını böyüt
Yazını kiçilt

8 Mart – Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən, 9 mart tarixinin qeyri-iş günü elan olunması ilə əlaqədar “Bakı metropoliteni” QSC-nin iş rejimində dəyişiklik ediləcək.

QSC-dən Hafta.az-a bildirilib ki, metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

“28 May-Əhmədli” sahəsində gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə təşkil edəcək. Martın 8-i və 9-da bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.

Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov-Əhmədli” və “Cəfər Cabbarlı-Xətai” mənzillərində intervallar olduğu kimi saxlanılacaq.

“Bakmil” istiqamətində və əksinə hərəkət edən sərnişinlər martın 8-i və 9-da şənbə gününün qrafikindən istifadə edə bilərlər.

Seçilən
31
28
hafta.az

10Mənbələr