AZ

FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı Rusiyanın tələbi ilə

ain.az, Mia.az saytına istinadən bildirir.

Türkiyə Birinci Liqasında çıxış edən "Serik Spor Futbol" klubunun sahibi və səhmdarı olan Azərbaycan vətəndaşı Tufan Sadıqov cəzalandırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Rusiya Futbol Federasiyasının müraciətinə əsasən FIFA tərəfindən futbol fəaliyyətindən kənarlaşdırılıb.

Məlumata görə, o, Rusiyadan transfer olunmuş oyunçuların ödənilməyən əmək haqqılarına görə cəzalandırılıb.

Bildirilib ki, Rusiya Futbol Federasiyası 1 iyul 2025-ci ildə "Serik Spor Futbol A.Ş."nin səhmlərini alan Azərbaycan vətəndaşı Tufan Sadıqovun məhz buna görə cəzalandırılmaısnı tələb edib.

Fərid ASLAN

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
mia.az

1Mənbələr