AZ

Bəxtiyar Məmmədov: Ən çox müraciət Ünvanlı Dövlət Sosial Yardımı və sosial ödənişlər üzrədir

DOST Çağrı Mərkəzi 142”də ən çox müraciət olunan sahələr əsasən beş istiqamətdə cəmləşir. İlk olaraq, Ünvanlı Dövlət Sosial Yardımı üzrə müraciətlər, ikinci yerdə sosial müavinət və sosial sığorta ödənişləri sahəsi gəlir. Üçüncü sırada əmək pensiyası ilə bağlı xidmətlər yer alır. Daha sonra əlillik sahəsində göstərilən xidmətlər və əmək qanunvericiliyi sahəsi ilə bağlı xidmətlər gəlir.

Bunu “DOST Çağrı Mərkəzi 142”nin direktoru Bəxtiyar Məmmədov “İki sahil”ə müsahibəsində diqqətə çatdırıb.

Onun sözlərinə görə, Mərkəzə işəgötürənlər tərəfindən də müxtəlif istiqamətlərdə müraciətlər daxil olur. Bu müraciətlər əsasən əmək qanunvericiliyi, məşğulluq və sosial müavinət sahələrini əhatə edir və aidiyyəti qaydada cavablandırılır. Həmçinin, mərkəz işəgötürənlərə ƏMAS altsistemi üzrə istifadə, əmək müqavilələrinin qeydiyyatı, dəyişikliklərin edilməsi, xitam verilməsi və sosial müavinətlərin ödənilməsi üçün haqq-hesab cədvəllərinin hazırlanması istiqamətində uzaqdan texniki dəstək göstərir. 

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
77
ikisahil.az

1Mənbələr