AZ

Andradenin 200-cü oyunu

Leandro Andrade “Qarabağ”da 200-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubileyi Bizon ölkə kubokunun 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyununa (3:1) təsadüf edib. Leandro 200 qarşılaşmada 54 qola imza atıb. O, premyer-liqada 126 (39 qol), ölkə kubokunda 18 (2 qol), avrokuboklarda 56 (13 qol) oyunda “Qarabağ” forması geyib.

Andrade “Qarabağ”da 2021/22 mövsümündə debüt edib.

Seçilən
81
7
football-plus.az

10Mənbələr