Bakı, 6 mart, AZƏRTAC
Futbol üzrə Mərakeş millisinin yeni baş məşqçisi məlum olub.
AZƏRTAC xəbər verir ki, bu vəzifəyə 49 yaşlı Məhəmməd Uahbi gətirilib. Mütəxəssislə bağlanan müqavilənin detalları açıqlanmayıb. O, yığmanın sükanı arxasında Vahid Reqraqini əvəzləyib.
Qeyd edək ki, Mərakeş yığması Afrika Millətlər Kubokunun son finalçısıdır.