AZ

Ən əsəbi və sərt çıxışlardan biri: strateji hədəflər açıqlandı

ain.az bildirir, Ayna portalına istinadən.

Bu, təkcə hərbi qələbənin yaratdığı psixoloji üstünlük deyil, həm də regionda dəyişən geosiyasi reallığın nəticəsidir

Bəlkə də bu, onun ən əsəbi və sərt çıxışlarından biri idi. Lakin pafos yalnız maskirovka idi - əslində strateji hədəflər açıqlanırdı. Ramiz Mehdiyevin vurulması da, görünür, bu kontekstlə bağlı idi. Yeni geosiyasi konfiqurasiyada Rusiyanın “boz kardinalları”na yer qalmır. Qarabağ zəfərindən sonra Şimali Azərbaycan artıq onun üçün dar çərçivəyə çevrilib.

Bu, təkcə hərbi qələbənin yaratdığı psixoloji üstünlük deyil, həm də regionda dəyişən geosiyasi reallığın nəticəsidir. Cənubi Qafqaz və Yaxın Şərqdə qüvvələr balansı yenidən formalaşır, regional siyasətin miqyası genişlənir. Yeni mərhələdə əsas məsələ yalnız əldə edilmiş nəticələri qorumaq deyil, eyni zamanda, böyük geosiyasi proseslərdə təşəbbüsü saxlamaq və mümkün müdaxilələri qabaqlamaqdır. Bu kontekstdə Cənubi Azərbaycan amili də getdikcə regional strategiyanın mühüm elementinə çevrilir.

Tarixi və milli bağlarla bağlı olan bu məkan artıq yalnız emosional yaddaşın mövzusu deyil, həm də gələcək geosiyasi dinamikanın istiqamətlərindən biri kimi nəzərdən keçirilir. Qarabağ zəfərindən sonra formalaşmış yeni reallıq göstərir ki, strateji baxışlar tədricən Arazın cənubuna yönəlir.

İran daxilində proseslərin gedişində kürd faktorunun aktivləşməsi ehtimalı yaranarsa, həmin dinamikanı qabaqlamaq və təşəbbüsü ələ almaq strateji vəzifəyə çevrilə bilər. Yəni prioritet hadisələrin arxasınca getmək deyil, regional proseslərin istiqamətini müəyyənləşdirməkdir. Bu geosiyasi konfiqurasiyada Ankara da siyasətini daha ehtiyatlı və hesablanmış şəkildə qurmağa çalışır. Yaxın Şərqdə əvvəlki səhvlərin təkrarlanmaması üçün daha planlı və uzunmüddətli yanaşma formalaşdırılır və bu missiyada Bakının strateji dəstəyi mühüm rol oynayır.

Zəngəzur dəhlizi məsələsi isə artıq sadəcə müzakirə mövzusu deyil. Bu layihə getdikcə zaman və tətbiq formatı məsələsinə çevrilir. Mövcud dinamika göstərir ki, gec-tez bu dəhliz açılacaq və Cənubi Qafqazın nəqliyyat-logistika xəritəsini dəyişdirəcək. Bu isə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan yeni bir mərhələnin başlanğıcı deməkdir. İllərin arzusu olan Təbrizə qovuşmaq isə artıq təkcə şeirlərdə qalan bir xəyal kimi görünmür.

Azər Rəşidoğlu – Jurnalist, analitik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
ayna.az

1Mənbələr