AZ

Qubada şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub - VİDEO

Quba şəhərində “Saffra” restoranında müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub. Tədbirdə şəhid ailələri və ictimaiyyət nümayəndələri bir araya gələrək Ramazan ayının mənəvi dəyərlərini və birlik ruhunu paylaşdılar.

QHT.az xəbər verir ki, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova tədbirlə bağlı qeyd edib ki, belə görüşlər həmrəyliyin və mənəvi dəstəyin daha da güclənməsinə xidmət edir. Onun sözlərinə görə, müqəddəs Ramazan ayının bərəkətini paylaşmaq, birlik və həmrəylik ruhunu yaşatmaq hər birimiz üçün xüsusi əhəmiyyət daşıyır:

“Bu gün Quba şəhərində “Saffra” restoranında təşkil olunan iftar süfrəsində bir araya gəldik. Ramazan ayının bərəkətini və birlik ruhunu paylaşdığımız bu gözəl axşamda süfrəmizi birlikdə bölüşdük. Bu xeyirxah süfrənin təşkilində və hazırlanmasında əməyi olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Allah etdiyiniz bütün xeyir-duaları və yaxşılıqları qəbul etsin. Allah tutulan orucları və edilən duaları qəbul etsin.”

Tədbir iştirakçıları Ramazan ayının mənəvi dəyərlərinin cəmiyyətimizdə birlik, mərhəmət və həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.

Pərvanə Fərhadqızı

Seçilən
94
qht.az

1Mənbələr